...

Türkiyədə 700-dən artıq hərbçi həbs olunub

Dünya xəbərləri Materials 16 İyul 2016 10:36 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə hərbi çevrilişə cəhdə görə həbs olunan hərbçilərin sayı 700-dən artıqdır. Onların arasında 5 general da var.

Trend bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Türkiyənin Silahlı Qüvvələrinin bir neçə polkovniki vəzifələrindən azad olunublar.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhddə 140-dan artıq hərbçinin həbs olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti