Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əmri ilə hava məkanına nəzarət üçün F-16 qırıcıları patrul keşiyi çəkir.
Trend “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İstanbula əlavə olaraq 1500 xüsusi təyinatlı göndərilib.
Küçələrdə zirehli avtomobillər də patrul keşiyi çəkir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhd edilib.