...

Türkiyə Maliyyə Nazirliyinin 1500 əməkdaşı vəzifələrindən kənarlaşdırılıb

Dünya xəbərləri Materials 18 İyul 2016 15:56 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar Maliyyə Nazirliyinin 1500 əməkdaşı müvəqqəti olaraq vəzifələrinin icrasından kənarlaşdırılıb.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, qurumda qiyamçıların aşkarlanması üzrə araşdırmalar davam edir.

Qeyd olunur ki, Türkiyədə maliyyə institutları, banklar və birjalar adi rejimdə fəaliyyət göstərir.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti