Bakı. Trend:
ABŞ-ın Florida ştatında daha bir silahlı insident baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Fort Mayers şəhərində naməlum şəxs evə və avtomobillərə atəş açıb.
Atəş nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Buna qədər isə həmin şəhərdə yerləşən gecə klubuna edilən silahlı hücum nəticəsində 2 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı bildirilirdi. Gecə klubundakı ziyarətçilərin əksəriyyəti yeniyetmələr olub.