Bakı. Trend:
Roma yaxınlığındakı Frattoki kəndindəki yaşayış kotecində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə ciddi xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə ötən gecə baş verib.
Partlayışın səbəbi hələ bilinmir.