...

Çavuşoğlu: Türkiyənin Rusiyadakı konsulluğunun diplomatlarından biri Yaponiyaya qaçıb

Dünya xəbərləri Materials 28 İyul 2016 14:10 (UTC +04:00)
Türkiyənin Kazandakı konsulluğunda çalışan diplomat əməkdaşlardan biri Yaponiyaya qaçıb.
Çavuşoğlu: Türkiyənin Rusiyadakı konsulluğunun diplomatlarından biri Yaponiyaya qaçıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Kazandakı konsulluğunda çalışan diplomat əməkdaşlardan biri Yaponiyaya qaçıb.

Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, qaçan diplomatın Fəthullah Gülən terror təşkilatı ilə əlaqəsi olub: "Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyə XİN-dən 88 əməkdaş, iki səfir uzaqlaşdırılıb".

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti