...

Türkiyə HHQ-də təyyarəçi çatışmazlığı yaranıb

Dünya xəbərləri Materials 29 İyul 2016 11:00 (UTC +04:00)
Türkiyənin Hərbi Hava Qüvvələrində (HHQ) təyyarəçi qəbuluna başlanılıb.
Türkiyə HHQ-də təyyarəçi çatışmazlığı yaranıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Hərbi Hava Qüvvələrində (HHQ) təyyarəçi qəbuluna başlanılıb.

Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir ki, bundan öncə Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində 214 hərbi təyyarəçi işdən azad edilib.

Qəbul hazırda Türkiyə HHQ-də hərbi təyyarəçi çatışmazlığı səbəbindən elan olunub.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti