...

İstanbulda böyük həbslər - daha 250 hakim və prokuror

Dünya xəbərləri Materials 2 Avqust 2016 11:57 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə hərbi çevrilişə cəhddə əli olan Fətullah Gülənin terror təşkilatı ilə mübarizə çərçivəsində İstanbulda 250 hakim və prokuror həbs edilib. Trend bu satistik rəqəmi Türkiyənin "Milliyet" qəzetinə istinadən verir.

Qəzetin məlumatına görə, bundan başqa Gülən hərəkəti ilə əlaqədə olan daha 50 hakim və prokuror axtarışa verilib. Məlumata görə, həmin şəxslərin ölkə hüdudlarını tərk etməsi də ehtimal olunur.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti