...

Bir həftəlik tətil "Air France"a 90 milyon avro ziyan vurdu

Dünya xəbərləri Materials 2 Avqust 2016 13:07 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Bort baxıcılarının bir həftə keçirdikləri tətil "Air France" aviaşirkətinə 90 milyon avro ziyan vurub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa aviaşirkətinin rəhbəri Frederik Gaje bildirib.

O deyib ki, keçən çərşənbə axşamından başlayan tətil aviaşirkətin 2016-ci ilki göstəricilərinə olduqca mənfi təsir göstərəcək. Eyni zamanda, o qeyd edib ki, buna baxmayaraq "Air France"in mənfəəti 2015-ci ildəki kimi müsbət olaraq qalacaq.

Çərşənbə günü başa çatması gözlənilən tətillərə görə, aviaşirkət hər gün 20 %-ə qədər uçuşlarını ləğv etmək məcburiyyətindədir. Tətillərin səbəbi isə şirkət və işçi arasında bağlanan əmək müqavilələrinin şərtlərindən olan narazılıqlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti