Bakı. Trend:
Londonda naməlum şəxs insanlara bıçaqla hücum edib.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.
İnsident yerli vaxtla saat 22:30-da baş verib.
Cinayətkar polis tərəfindən yaxalanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir.