...

XXXI Yay Olimpiya Oyunları açıq elan edilib

Dünya xəbərləri Materials 6 Avqust 2016 07:33 (UTC +04:00)
Braziliya Prezidenti vəzifəsini icra edən Mişel Temer XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib
XXXI Yay Olimpiya Oyunları açıq elan edilib

Bakı. Trend:

Braziliya Prezidenti vəzifəsini icra edən Mişel Temer XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib.

Trend-in məlumatına görə, Olimpiya bayrağı “Marakana” stadionuna gətirilib və Olimpiya himni səsləndirilib.

Nəhayət, 26 min kilometrlik səyahətdən sonra Olimpiya məşəli “Marakana” stadionuna gətirilib. 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Vanderlei Kordeiro de Limanın XXXI Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə açılış mərasimi başa çatıb. XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti