...

Putin: Rusiya-İran münasibətlərinin inkişafında irəliləyiş var

Dünya xəbərləri Materials 8 Avqust 2016 17:55 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Rusiya-İran arasında bütün sahələrdə mövcud olan münasibətlərdə inkişaf olduğunu vurğulayıb.
Putin: Rusiya-İran münasibətlərinin inkişafında irəliləyiş var

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Rusiya-İran arasında bütün sahələrdə mövcud olan münasibətlərdə inkişaf olduğunu vurğulayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verib.

Bu gün Bakıda İran Prezidenti Həsən Ruhani ilə görüşdə V.Putin Tehrana səfəri zamanı ona göstərilən səmimi qəbulu xüsusi qeyd edib.

Rusiya Prezidenti deyib: "İkitərəfli münasibətlərin inkişafında böyük rol keçmişik və bizim dostluq münasibətlərimiz getdikcə möhkəmlənir, çox planlı xarakter kəsb edir. Bu, bütün sahələrə aiddir".

Sonra V.Putin qeyd edib: “Biz Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür etməliyik ki, bizə həmçinin regiondakı vəziyyət haqqında üçtərəfli formatda danışmağa imkan verən bu görüşü təşkil edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti