...

Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirildi

Dünya xəbərləri Materials 24 Avqust 2016 09:40 (UTC +04:00)
Suriyada İŞİD terror təşkilatının hərbi bazalarına hücum əməliyyatı başlayandan bütün Türkiyə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirildi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyada İŞİD terror təşkilatının hərbi bazalarına hücum əməliyyatı başlayandan bütün Türkiyə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə Trend  "Haber7" qəzetinə istinadən məlumat verir.

Qəzetin verdiyi məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə qərar Türkiyənin bir neçə iri şəhərlərində İŞİD tərəfindən törədilən terror hadisələrindən sonra qəbul olunub.

Bu gün səhər saatlarından başlayaraq Türkiyə ordusu koalisiya hərbi təyyarələrinin iştirakı ilə Suriyanın şimalında yerləşən Carablus şəhərinin terrorçulardan azad edilməsi əməliyyatlarına başlayıb.

 

Твиттер: @rhafizoglu

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti