İtaliyada 238 nəfər dağıntılar altından sağ çıxarılıb

Bakı. Trend:
Avqustun 24-də İtaliyada baş vermiş dağıdıcı zəlzələ zonasında dağıntılar altından 238 nəfər sağ çıxarılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Mülki Müdafiə Xidmətinin nümayəndəsi İmmakolata Postilyone deyib.
Qeyd edək ki, son məlumata görə, zəlzələ nəticəsində 267 nəfər həyatını itirib.
İtaliyada zəlzələ qurbanlarının sayı artır: 281 ölü (YENİLƏNİB-13)