...

Türkiyə Suriyaya növbəti tank birləşmələrini yeridə bilər

Dünya xəbərləri Materials 27 Avqust 2016 10:53 (UTC +04:00)
YPG və "Demokratik İttifaq" qüvvələri Menbic şəhərini tərk etməsələr, Türkiyə sayca üçüncü dəfə tank birləşmələrini Suriyaya yeridə bilər.
Türkiyə Suriyaya növbəti tank birləşmələrini yeridə bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

YPG (kürd xalq özünümüdafiə dəstələri) və "Demokratik İttifaq" (PYD) qüvvələri Menbic şəhərini tərk etməsələr, Türkiyə sayca üçüncü dəfə tank birləşmələrini Suriyaya yeridə bilər.

Trend-in xəbərinə görə, bu barədə "HaberTürk" qəzeti hərbi mənbələrə istinadən məlumat verir.

Qəzet yazır ki, YPG və PYD ABŞ və Türkiyə arasındakı sazişə riayət etməlidirlər. Sazişə əsasən hər iki qruplaşma Fərat çayının qərb sahilini tərk etməlidir.

Con Kerri: Suriyadakı kürd qüvvələri Fərat çayının qərbini tərk edirlər

Con Kerri: Suriyadakı kürd qüvvələri Fərat çayının qərbini tərk edirlər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti