...

“Türk Hava Yolları”nın Moskva rekordu

Dünya xəbərləri Materials 31 Avqust 2016 14:46 (UTC +04:00)
“Türk Hava Yolları” aviaşirkəti (THY) Moskvaya uçuş sayını gündə 11-ə çatdırmaqla Rusiya paytaxtını THY-nin xaricə bir gündə ən çox uçuş həyata keçirən şəhərinə çevirib.
“Türk Hava Yolları”nın Moskva rekordu

Bakı. Trend:

“Türk Hava Yolları” aviaşirkəti (THY) Moskvaya uçuş sayını gündə 11-ə çatdırmaqla Rusiya paytaxtını THY-nin xaricə bir gündə ən çox uçuş həyata keçirən şəhərinə çevirib.

Trend-in “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, THY Moskvanın ən böyük aeroportlarından biri olan “Vnukovo” hava limanına İstanbuldan gün ərzində 3, Antalyadan 6 və Ankaradan 2 uçuş reallaşdırır.

THY Rusiyanın Moskvadan başqa, Sankt-Peterburq, Kazan, Ufa, Yekaterinburq, Stavropol, Həştərxan, Soçi, Rostov və Novosibirsk şəhərlərinə də uçuşlar həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti