Bakı. Orxan Quluzadə - Trend:
PKK terrorçuları Türkiyə iqtisadiyyatına 10 milyard dollar həcmində ziyan vurub.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, hökumət son illər terror aktlarından zərər görən cənub-şərq vilayətlərinin inkişafı üçün yeni planlar hazırlayır.