...

Azad Suriya Ordusu Azez və Cerabls xəttini tam olaraq öz nəzarətinə keçirib

Dünya xəbərləri Materials 4 Sentyabr 2016 20:25 (UTC +04:00)

Bakı. Trend

Azad Suriya Ordusu Suriyanın şimalında Azez və Cerabls xəttini tam olaraq öz nəzarətinə keçirib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Nəticədə Türkiyənin cənub-şərq sərhədlərindən İŞİD təhlükəsiaradan aradan qaldırılıb.

Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri koalisiya təyyarələrinin dəstəyi ilə Suriyada "Fərat Qalxanı" adı altında əməliyyatlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti