Bakı. Trend:
Rusiya Prezidenti bəyan edib ki, 2018-ci il prezident seçkiləri kampaniyasının necə təşkil edilməsi barədə danışmaq hələ tezdir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V.Putin qeyd edib ki, seçkilərdə iştirak edib-etməyəcəyi barədə hələ qərar qəbul etməyib.
Onun sözlərinə görə, sentyabrda keçiriləcək parlament seçkilərinin nəticələrini gözləmək lazımdır.