...

Türkiyədə hakim partiyanın üzvü olan 3 deputat həbs edilə bilər

Dünya xəbərləri Materials 7 Sentyabr 2016 11:18 (UTC +04:00)
Ədalət və İnkişaf Partiyasının üzvü olan 3 deputat həbs edilə bilər.
Türkiyədə hakim partiyanın üzvü olan 3 deputat həbs edilə bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda təqsirləndirilən Fəthullah Gülən hərəkatına qarşı əməliyyat çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının üzvü olan 3 deputat həbs edilə bilər.

Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən həmin deputatların adları açıqlanmır.

Bundan əlavə, yayılan məlumatlarda AKP üzvü olan 48 deputatın da Gülən hərəkatı ilə əlaqəsi olduğu deyilir. Ölkə hakimiyyəti bu məlumatı hələ təsdiq etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti