Bakı. Trend:
Tayvan hökuməti Ermənistana qarşı qəti etirazını bildirib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb Ermənistanın daha əvvəl təxminən 80 tayvanlını ölkə ərazisindən Çinə deportasiya etməsi olub.
Ermənistan hökuməti tayvanlıları telekommunikasiya sahəsində fırıldaqçılıqda ittiham edərək deportasiya edib.
Ermənistan tərəfi Tayvana insidentin detalları barədə məlumat verməkdən imtina edib.