Bakı. Trend:
Qazaxıstanın Baş naziri Kərim Məsimov vəzifəsindən azad edilərək Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müvafiq əmrində deyilir.
Qazaxıstan hökuməti Nazirlər Kabinetinin yeni tərkibi təsdiq edilənədək səlahiyyətlərini icra edəcək.