...

Rusiyalı ekspert: Sarkisyana cəmiyyət və beynəlxalq tərəfdaşlar etibar etmir

Dünya xəbərləri Materials 9 Sentyabr 2016 16:31 (UTC +04:00)

Bakı. Elmira Tariverdiyeva – Trend:

Ermənistan Prezidenti Serj Sarkisyanın Baş nazir Ovik Abramyanın istefası və "Milli həmrəylik hökuməti"nin yaradılması barədə qərarı vəziyyəti dəyişməyəcək.

Bunu Trend-ə Aktual İqtisadiyyat İnstitutunun direktoru, "Rodina" partiyasının siyasi şurasının rəyasət heyətinin sədri Nikita İsayev deyib.

Onun sözlərinə görə, verilən qərarlar vəziyyəti daha da dərinləşdirəcək: "Hazırda Sarkisyana nə cəmiyyət, nə də beynəlxalq tərəfdaşlar etibar etmir".

Ekspert hesab edir ki, Ermənistanda siyasi və iqtisadi vəziyyəti sabitləşdirmək məqsədi ilə S.Sarkisyan və partiyası gələn ilin yazında keçiriləcək seçkilərdə iştirakdan imtina etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti