Bakı. Orxan Quluzadə - Trend:
PKK silahlılarının Türkiyənin Tunceli vilayətinin Hozat şəhərində avtomobili partlatması nəticəsində 1 nəfər ölüb, daha iki nəfər isə yaralanıb.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, polis terrorçuları zərərsizləşdirmək üçün əməliyyata başlayıb.
Vilayətə əlavə qüvvələr və hərbi helikopterlər göndərilib.