Bakı. Orxan Quluzadə - Trend:
Türkiyənin Düziçi şəhərində quduz itlərin hücumu nəticəsində 104 nəfər xəstəxanaya müraciət edib.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, şəhərdə karantin elan edilib.
Təhlükəsizlik məqsədilə şəhər əhalisinin kütləvi vaksinasiyası aparılır.