...

Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərarı təsdiq edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2016 21:12 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin oktyabrın 19-dan daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib.

Bu barədəTrend Anadolu agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti