Bakı. Orxan Quluzadə - Trend:
Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə 61 polis əməkdaşı həbs edilib.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, həbs edilən polislər Gülən terror təşkilatına üzv olmaqda təqsirli bilinirlər.
Müəyyən edilib ki, onlar Fəthullah Gülən hərəkatı tərəfdarlarının istifadə etdiyi ByLock proqram rabitəsindən yararlanıblar.