...

İran iPhone 7-yə "yox" deyə bilmədi...

Dünya xəbərləri Materials 2 Noyabr 2016 12:11 (UTC +04:00)
"iPhone 7" smartfonlarının ilk hissəsi rəsmi şəkildə yaxın günlərdə İrana gətiriləcək.
İran iPhone 7-yə "yox" deyə bilmədi...

Bakı. Elmira Tariverdiyeva -Trend:

"iPhone 7" smartfonlarının ilk hissəsi rəsmi şəkildə yaxın günlərdə İrana gətiriləcək. Bu barədə Trend "Mehr" informasiya agentliyinə istinadən məlumat verir.

Bundan əvvəl bir neçə ədəd "iPhone 7" smartfonunun ölkəyə qeyri-leqal şəkildə daxil olduğu bildirilmişdi. İran İnformasiya Texnologiyaları Nazirliyi ölkəyə telefonların qeyri-leqal gətirilməsi ilə mübarizə aparacağını açıqlamışdı.

iPhone 7-nin dünya bazarında satış qiyməti 760 dollaradək olsa da, İranda qeyri-qanuni yolla gətirilmiş smartfonların 2500 dollar dəyərində satıldığı deyilir.

Qaçaqmal telefonların İran iqtisadiyyatına hər il 320 milyon dollar ziyan vurduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti