...

İraq hərbçiləri Mosulun şərqini "təmizləyirlər"

Dünya xəbərləri Materials 10 Noyabr 2016 10:59 (UTC +04:00)
İraq ordusunun antiterror bölməsi Mosulun şərqində Əz-Zəhra məhəlləsini İŞİD terror təşkilatının silahlı birləşmələrindən azad edib.
İraq hərbçiləri Mosulun şərqini "təmizləyirlər"

Bakı. Trend:

İraq ordusunun antiterror bölməsi Mosulun şərqində Əz-Zəhra məhəlləsini İŞİD terror təşkilatının silahlı birləşmələrindən azad edib. Trend-in məlumatına görə, bu barədə "Əs-Sumariyə" telekanalı Naynava vilayətinin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat verir.

Daha öncə Əl-Məlyain, Əs-Səmah, Əl-Hadra, Kirkuklu, Əl-Quds, Əl-Karama və Kokcaklı məhəllələri də terrorçulardan azad edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti