...

ABŞ-da prezidentin birbaşa seçilməsi təklif olunur

Dünya xəbərləri Materials 17 Noyabr 2016 11:09 (UTC +04:00)
Kaliforniya ştatının senatoru Barbara Bokser ABŞ Senatına Seçicilər Kollegiyasının ləğvi və prezidentin birbaşa seçilməsinə keçid haqqında qanun layihəsi təqdim edib.
ABŞ-da prezidentin birbaşa seçilməsi təklif olunur

Bakı. Trend:

Kaliforniya ştatının senatoru Barbara Bokser ABŞ Senatına Seçicilər Kollegiyasının ləğvi və prezidentin birbaşa seçilməsinə keçid haqqında qanun layihəsi təqdim edib.

Bu barədə Trend "Fox News" telekanalına istinadən məlumat verir.

Təşəbbüs müəllifinin sözlərinə görə, hazırkı sistem köhnəlib və qeyri-demokratikdir.

B.Bokser əlavə edib: "Biz dünyada yeganə ölkəyik ki, prezident seçkilərində çoxsaylı səs qazanaraq məğlub olmaq mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti