Bakı. Trend:
ABŞ prezidenti Barak Obama konqresin hər iki palatası tərəfindən İrana qarşı sanksiyaların 10 il uzadılmasına dair qəbul olunmuş qanunu imzalayacaq.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə brifinqdə Ağ evin nümayəndəsi Erik Şults bildirib.
"Mən gözləyirəm ki, prezident bu qanunu imzalayacaq", - Şults deyib.
Qeyd edək ki, İranın nüvə proqramına qarşı 1996-cı ildə qəbul olunmuş qanunun 2016-cı ilin dekabrında müddəti başa çatır.