...

Bu gün Özbəkistanda seçkiqabağı "sükut günü" başlayıb

Dünya xəbərləri Materials 3 Dekabr 2016 09:14 (UTC +04:00)
Bu gün Özbəkistanda prezident seçkilərində səsvermə qabağı sonuncu gündür. Ölkədə sükut günü elan edilib
Bu gün Özbəkistanda seçkiqabağı "sükut günü" başlayıb

Daşkənd. Dəmir Əzizov - Trend:

Bu gün Özbəkistanda prezident seçkiləri öncəsi son gündür. Ölkədə sükut günü elan edilib.

Trend-in məlumatına görə, Özbəkistanda sükut günü ilk dəfə elan edilir. "Özbəkistan Respublikası prezident seçkiləri haqqında" qanuna Özbəkistan Parlamenti tərəfindən 2015-ci ilin sonunda müvafiq düzəlişlər edilib.

Bu gün və seçki günü qanuna uyğun olaraq seçkiqabağı təşviqata yol verilmir - mətbuatda hər bir namizədin xeyrinə yazılar qadağandır, təbliğat xarakteri daşıyan plakatlar və posterlər yığışdırılacaq, namizədlərin özlərinə çıxış etmək qadağandır.

Yeganə yol verilən təbliğat sükut günü seçicilərin məntəqələrə gəlmələrinə çağırışlardır.

Dünən MSK sədri Mirzə-Uluqbek Əbdüsalomov seçkilərdə fəal iştirak etmək çağırışı ilə seçicilərə müraciət edib:

"Qarşıdakı seçkilər - Özbəkistanın inkişaf vektorunu və uşaqlarımızın gələcəyini müəyyən edən mühüm hadisədir. Vətənimizin böyük gələcəyi hər bir seçicinin fəal iştirakından asılıdır. Sülh, xalqımızın əmin-amanlığı və Vətənimizin çiçəklənməsi naminə səs verin!".

Özbəkistanın prezidenti vəzifəsinə 4 siyasi partiyanın nümayəndələrinin namizədlikləri irəli sürülüb.

Özbəkistanda növbədənkənar seçkilər ölkə Konstitusiyasına uyğun olaraq prezident İslam Karimovun 2016-cı ilin sentyabrında 79 yaşında vəfatı ilə əlaqədar keçirilir.

Özbəkistan prezidenti beş il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti