...

Özbəkistanda spirtli içkilər bahalaşır

Dünya xəbərləri Materials 7 Dekabr 2016 10:01 (UTC +04:00)
Özbəkistanda 2017-ci il yanvarın 1-dən pivə istisna olmaqla, spirtli içkilərin pərakəndə və topdansatış qiymətləri artırılır.
Özbəkistanda spirtli içkilər bahalaşır

Daşkənd. Dəmir Əzizov - Trend:

Özbəkistanda 2017-ci il yanvarın 1-dən pivə istisna olmaqla, spirtli içkilərin pərakəndə və topdansatış qiymətləri artırılır.

Trend xəbər verir ki, bu barədə Özbəkistanın Maliyyə Nazirliyi və Dövlət Vergi Komitəsinin birgə yaydığı məlumatda deyilir.

Məlumata görə, araq və digər spirtli içkilərin topdansatış qiymətləri 22,9 faiz, pərakəndə satış qiymətləri isə 23 faiz artır.

Konyakın 1 litrinin topdansatış qiymətləri isə 23,7 faiz, pərakəndə satış qiymətləri isə 23,3 faiz artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti