Bakı. Trend:
Osmanlı İmperiyasının 31-ci sultanı Sultan Əbdülməcidin nəticəsi, xanədanın 44-cü başçısı Osman Bəyazid Osmanoğlu Nyu Yorkda dəfn edilib.
Trend-in məlumatına görə, ABŞ-da 93 yaşında vəfat edən O.Osmanoğlunun dəfn mərasimində Osmanlı ailəsinin və türk icmasının üzvləri iştirak ediblər.
1924-cü ildə Parisdə anadan olan sonuncu xanədan başçısı uzun illər Nyu York kitabxanasında çalışıb.
ABŞ-da "Mister Bəy" kimi tanınan O.Osmanoğlu 2009-cu ilin sentyabr ayında İstanbulda vəfat edən Osman Ərtoğrul Əfəndidən sonra xanədanın başçısı olmuşdu.
Osmanlı ailəsinin yeni başçısı Suriyanın paytaxtı Dəməşqdə yaşayan Dündar Əfəndi olacaq.