Honq Konqda ikimərtəbəli avtobus aşıb

Dünya xəbərləri Xəbər 15 Yanvar 2017 01:23 (UTC +04:00)

Bakı. Trend:

Çinin Honq Konq xüsusi inzibati rayonunda ikimərtəbəli avtobus aşıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Məlumata görə, avtobus beton hasara çırpılaraq aşıb. Yol qəzasının səbəbi araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti