...

Rusiya və Türkiyənin Suriyada birgə əməliyyatı - 39 İŞİD obyekti məhv edildi

Dünya xəbərləri Materials 18 Yanvar 2017 18:36 (UTC +04:00)
Suriya ordusu Palmira ətrafında Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin dəstəyi ilə İŞİD terror təşkilatına qarşı hücumları davam etdirir.
Rusiya və Türkiyənin Suriyada birgə əməliyyatı - 39 İŞİD obyekti məhv edildi

Bakı. Trend:

Suriya ordusu Palmira ətrafında Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin dəstəyi ilə İŞİD terror təşkilatına qarşı hücumları davam etdirir.

Trend bildirir ki, bu barədə brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri İŞİD-in Palmira ətrafına tarixi abidələrin dağıdılması məqsədi ilə çoxlu sayda partlayıcı gətirib yerləşdirdiyi barədə məlumat əldə edib.

Bundan əlavə Sergey Rudskoy Rusiya və Türkiyə təyyarələrinin birgə hava əməliyyatları keçirdiyini deyib.

Bu əməliyyatlar nəticəsində Hələb əyalətində 40-a yaxın obyektə zərbələr endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti