Bakı. Trend:
İtaliyanın Abrutso vilayətində baş vermiş uçqun nəticəsində yaranmış dağıntılar altından 6 nəfər xilas edilib.
Bu barədə Trend İtaliya mətbuatına istinadən məlumat verir.
Hazırda bölgədə axtarış işləri davam etdirilir. Axtarış əməliyyatlarına helikopterlər cəlb edilib.
Uçqun zamanı hoteldə 34 nəfərin olduğu məlumat verilib. İndiyədək 4 nəfərin meyiti aşkar edilib.