...

Buxarestdə gecə klubunda yanğın - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 21 Yanvar 2017 11:56 (UTC +04:00)
Rumıniyanın paytaxtı Buxarestdə gecə klublarından birində yanğın baş verib.
Buxarestdə gecə klubunda yanğın - Xəsarət alanlar var

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə gecə klublarından birində yanğın baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində azı 38 nəfərin xəsarət aldığı bildirilir.

Yanğının baş vermə səbəbləri hələ məlum deyil. Məlumata görə, xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti