Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın Administrasiyası terrorist təşkilatların siyahısına "Müsəlman-Qardaşları" qruplaşmasının da daxil edilməsi məsələsini müzakirə edir. Trend-in məlumatına görə, belə bir təşəbbüslə D.Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Filin çıxış edib.
Eyni zamanda digər müşavirlər və diplomatlar, xüsusi xidmət münayəndələri bu təşəbbüsün əleyhinə çıxış edirlər. Belə ki, onların fikrincə bir çox ölkələrdə həmin təşkilat dinc fəaliyyət göstərir.