Bakı. Fidan Həsənzadə - Trend:
Böyük Britaniyanın Avropa İttifaqından ayrılması prosesində müzakirə səlahiyyətinin hökumətə təhvil verilməsini nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul edilib.
Trend-in məlumatına görə, qəbul edilən qanun layihəsi Baş nazir Tereza Meyə "Brexit" müddətini başladacaq Lissabon müqaviləsinin 50-ci maddəsini də səsverməyə qoymağa imkan verir.
Layihəni 650 deputatdan 498-i qəbul etsə də, 114-ü əleyhinə səs verib.