Bakı. Trend:
ABŞ Trampın immiqrasiyaya dair fərmanından sonra 100 mindən çox vizanı ləğv edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.
Qeyd edək ki, Donald Tramp ötən həftə 7 ölkənin (İraq, Suriya, İran, Sudan, Yəmən, Liviya və Somali) vətəndaşlarının 90 gün ABŞ-a daxil olmasının qadağan edilməsinə dair fərman imzalayıb.