...

KİV: Husilər ər-Riyada yeni hücumlar planlaşdırır

Dünya xəbərləri Materials 7 Fevral 2017 12:34 (UTC +04:00)
Yəməndə müxalif husilərin rəsmi Səna rəhbərliyini dəstəkləyən Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı hərbi bazanı ballistik raketlə vurduğu iddia edilir.
KİV: Husilər ər-Riyada yeni hücumlar planlaşdırır

Bakı. Trend:

Yəməndə müxalif husilərin rəsmi Səna rəhbərliyini dəstəkləyən Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı hərbi bazanı ballistik raketlə vurduğu iddia edilir.

Trend-in məlumatına görə, bunun ər-Riyada atılan ilk ballestik raket olduğu bildirilir.

"Associated Press" agentliyi husilərin Səudiyyə paytaxtına yeni hücumlar planlaşdırdığını da yazır.

Vurulan hərbi bazanın Yəmənin paytaxtı Sənadan təqribən 1000 km məsafədə olduğu deyilir.

Ərəb mətbuatı ər-Riyada atılan raketin sovet istehsallı "Scud" raketlərinin bənzəri olan "Borkan-1" tipli olduğunu və Yəməndə təkmilləşdirildiyini qeyd edir.

Xatırladaq ki, husilər keçən həftə Qırmızı dənizdə Səudiyyə Ərəbistanının döyüş gəmisinə hücum etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti