Bakı. Trend:
Türkiyənin Stokholmdakı səfirliyinə butulka atılıb.
Trend-in məlumatına görə, insident səhər saatlarında baş verib. İki maskalı şəxs boya ilə dolu butulkaları səfirliyin binasına atıblar.
Polis müşahidə kamerasına düşmüş görüntülər əsasında faktı araşdırır.
Qeyd edək ki, üç ay əvvəl də PKK-nın tərəfdarları səfirliyə şüşə və daşla hücum etmişdilər.