Bakı. Trend:
Pakistanın güc strukturlarının Sehvan-Şerifdə baş verən terror aktından sonra ölkənin müxtəlif hissələrində keçirdikləri xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib.
Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, dünən Pakistanın cənubunda yerləşən Sind əyalətində Sehvan-Şerif şəhərindəki məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən artıq insan yaralanıb. İŞİD hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.