Bakı. Trend:
Əfqanıstanın Laqman vilayətində naməlum şəxs evlərdən birinə qumbara atıb.
Trend-in məlumatına görə, partlayış nəticəsində ailənin 10 üzvü həlak olub, 4 nəfər xəsarət alıb.
Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.
Polis araşdırmaya başlayıb.