Bakı. Trend:
Liviyanın paytaxtı Tripolidə naməlum şəxslər ölkənin baş naziri Faez əs-Sərracın olduğu korteji atəşə tutub.
Trend-in nməlumatına görə, hadisə nəticəsində nazirin iki mühafizəçisi yaralanıb.
Kortejdə baş nazirlə yanaşı Ali Dövlət Şurasının sədri və prezident mühafizə xidmətinin rəhbərinin də olduğu bildirilir.
Baş nazirin vəziyyəti barədə məlumat verilməyib.