Bakı. Trend:
Panama 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Panama körfəzində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
"La Estrella de Panama" portalının məlumatına görə, yerli yerüstü metroda xəbərdarlıq sistemi işə düşüb və bütün metro sərnişinləri təcili təxliyə edilib. Bir çox binalarda olan paytaxt sakinləri də evlərini və ofislərini tərk ediblər.