...

Kamboca baş naziri: Tramp düz edir, onları Ağ Evə buraxmır

Dünya xəbərləri Materials 28 Fevral 2017 13:00 (UTC +04:00)

Bakı. Trend:

Kambocanın baş naziri Hun Sen ABŞ prezidenti Donald Trampı kütləvi informasiya vasitələri ilə mübarizəsində dəstəklədiyini bildirib.

Trend-in məlumatına görə, baş nazir D.Trampın tənqid etdiyi mətbuat orqanlarını “xaos yayanlar” adlandırıb.

Hun Sen deyib: “Donald Tramp görür ki, mətbuat qrupları xaos yayır. Ona görə onları Ağ Evə buraxmır. Bəzi qəzetlər ancaq insan hüquqlarından danışır, amma heç biri sülh və əmin-amanlıqdan yazmır”.

Xəbər lenti

Xəbər lenti