...

Fransada brakonyerlər zooparkda ağ kərgədanı öldürüblər

Dünya xəbərləri Materials 7 Mart 2017 23:30 (UTC +04:00)
Naməlum şəxslər Fransada Tuari zooparkına girib ağ kərgədanı öldürüblər və onun buynuzunu mişarla kəsiblər
Fransada brakonyerlər zooparkda ağ kərgədanı öldürüblər

Bakı. Trend:

Naməlum şəxslər Fransada Tuari zooparkına girib ağ kərgədanı öldürüblər və onun buynuzunu mişarla kəsiblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, naməlum şəxslər buynuzu götürərək hadisə yerindən qaçıblar.

"Onlar kərgədanı güllələyiblər və buynuzlarından birini mişarla kəsiblər. İkinci buynuzda sadəcə mişarın izləri var və bu o deməkdirki onları kimsə qorxudub", - zooparkda qeyd ediblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti