...

Macarıstanın yeni prezidenti kim oldu?

Dünya xəbərləri Materials 13 Mart 2017 17:09 (UTC +04:00)
Macarıstan Parlamenti iki tur səsvermədən sonra ölkə prezidentini seçib.
Macarıstanın yeni prezidenti kim oldu?

Bakı. Trend:

Macarıstan Parlamenti iki tur səsvermədən sonra ölkə prezidentini seçib.

Trend-in məlumatına görə, hazırkı prezident Yanoş Ader 170 millət vəkilindən 131 səs toplayaraq öz vəzifəsində qalıb.

Onun rəqibi, müxalif namizəd Laslo Mayteni isə cəmi 39 səs toplaya bilib.

Qeyd edək ki, səsvermənin ilk turunda heç bir namizəd səslərin tələb olunan üçdə iki hissəsini toplaya bilməmişdi. İlk turda seçilmək üçün namizədlərə parlamentdən 133 səs qazanmaq yetərli idi.

Xəbər lenti

Xəbər lenti